Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Nadejda Povelitsina

Nadejda Povelitsina


Povelitsina Nadejda Vladimir qızı 29 sentyabr 1953-cü ildə Bakı şəhərində anadan olub. 1971-ci ildə 11 illik musiqi məktəbinin skripka sinfini, 1977-ci ildə isə Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib. 1976-cı ildən bu günə qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyir. 1976-cı il 16 mayda ilk debütü İ. Kalmanın «Maritsa» operettasında Liza rolu olub. İmre Kalman «Siqan primyer» də Zari, Yulişka, Rauf Hacıyev «Qafqaz əsiri»ndə Natavan, Jeru Herman «Pello Dolli»də Ermenqorda, İmre Kalman «Silva»da Stasii, Rauf Hacıyev «Ana mən evlənirəm»də Tamilla, Üzeyir Hacıbəyli «Arşın mal alan»da Telli, G. Qladkov, Mikloş Dyarfoş «Oyan və oxu»da Karola, Frans Leqar «Veselaya v dova»da Valentina, İmre Kalman «Bayadera»da Marietta, İmre Kalman «Maritsa»da Maritsa, Mitça Li «Çelovek iz Lamançi»də Antoniya, «Şapka s uşami»də Kisanka , Leonid Vanşteyn, Rustəm İbrahimbəyov «Beloe solntse pustıni» də Gülçatay, İoqan Ştraus «Letuşaya mış»da Adel, Rauf Hacıyev «Perekrestok»da Anna, A. Kolker, V. Kanstantinova və B. Raçera «Poslednaya lyubov Naseddina»da Zülfiyyə, Emin Sabitoğlu «Odnajdı v Baqdadae»də Züleyxa, İmre Kalman «Maritsa»da Qaraçı Manya, Emin Sabitoğlu «Qırmızı papaq»da Ana, İvan Andreyeviç Krılov "Trumf ili torjestvo lyubvi”də Podşipa, A. Mirzə, Z. Fərhadov "Məlikməmmədin sərgüzəşləri”ndə Satıcının arvadı, Rəna Ağayeva "Nu volk poqodi”də Nənə və Naf-Naf, Rəşid Şəfəq, Vladimir Zimin «Prikluçenie dojdoviçka»də Rıjik , Jan Batist Molyer "Skapenin kələkləri”ində Nerina kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 1982-ci ildə Minskdə keçirilən III Beynəlxalq festivalda teatrı təmsil edib. 30 ildir ki, Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster ustalığı kafedrasında çalışır. Həmçinin Asəf Zeynallı adına musiqi kollecində vokal uzrə konsetmeyster fənnini tədris edir. Kopelhausda keçirilən konsertlərdə iştirak edir. 2013 cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.



Baxış sayı:433 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:53

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика