Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Möylə Mirzəliyev

Möylə Mirzəliyev


Mirzəliyev Möylə Vəli oğlu 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1966-1976-cı ildə həmin kəndin orta məktəbində oxumuşdur. 1978-80-cı illərdə ordu sıralarında olmuşdur. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Musiqili komediya aktyorluğu» fakultəsinə qəbul olunmuşdur. 1985-ci M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrına təyinat almışdır. 1992-ci ilə kimi orda xor artisti vəzifəsində işləmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur. İşlədiyi müddət ərzində S.Ələsgərov, Ş.Qurbanov «Özümüz bilərik»də Səftər, S. Rüstəmov, M.S. Ordubadi «5 manatlıq gəlin»də Nadir, O. Kazimi, R. Heydər «Qızıl toy»da Rəhim, S. Ələsgərov, İ. Məlikzadə «Hərənin öz ulduzu»nda Şöhrət, O. Rəcəbov, A. Babayev «Əlin cibində olsun»da Qəşəm, R. Mustafayev, A. Qüdrət «Volqalı canan»da Müqəddəsov, S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət»də Şvars, V. Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Məlik, E. Sabitoğlu, T. Vəliyeva «Bankir adaxlı»da Zaur, R. Hacıyev «Talelər qovuşanda»da Balaş, R. Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Kələntər, O. Kazimi, F. Məmmədov «Dəli dünya»da Əlpənah, S. Fərəcov, Ə. Nesin "Şəhərdə manyak var”da Dursunsoy, İ. Kalman "İdialı qaraçı”da Estraqon, N.V. Qoqol "Evənmə”də Starikov, Ü. Hacıbəyli "Ər və arvad”da Kəblə Qubad kimi rolların ifaçısı olmuşdur.



Baxış sayı:851 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:49

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика