Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Məhərrəm Qurbanov

Məhərrəm Qurbanov


Qurbanov Məhərrəm Valeh oğlu 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Mədəni Maarif Texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnistituna daxil olmuşdur. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Əbülhəsən, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də İnzibatçı, Emin Sabitoğlu, Rüfət Əhmədzadə «92 dəqiqə gülüş»də Mağaza müdiri, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da oğlan, Ramiz Mustafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da Cəfərqulu, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da cangüdən, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Parnak, Oqtay Rəcəbov, Aqşin Babayev «Şeytanın yubileyi»ndə Səlim, Vasif Adığözəlov, Anar "Aldın payını, çağır dayını”da Məlik, Sərdar Fərəcov, Əziz Nesin "Şəhərdə manyak var”da Poçtaçı, S. Ələsgərov, İ. Məlikzadə "Kələkbazlar”da Polis Əbülhəsən, Nikolay Vasilyeviç Qoqol "Evlənmə”də Stepan, Rauf Hacıyev "Talelər qovuşan” da Totuş, R. Mirişli, M. Haqverdiyev "Amerikalı kürəkən”də Eynulla, E. Sabitoğlu, C. Məmmədov www.ferzeli-kef.comda Bibioğlu kimi obrazları özünəməxsus ustalıqla oynamışdır. Bununla yanaşı "Qız qalası” (2000), "Qəmbər Hüseynli” (2007), "Ayrılıq imiş” (2008) sənədli, bədii filmlərdə çəkilmişdir.



Baxış sayı:455 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:48

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика