Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Hüseyn Əlili

Hüseyn Əlili


Əlili Hüseyn Azad oğlu, 1982-ci il iyun ayının 10-da Bakı şəhərində anadan olub. 1994-cü ildən Uşaq Dövlət Filarmoniyasının «Fərəh» rəqs ansamblının üzvü kimi 1996-97-ci illərdə Türkiyədə keçirilən müxtəlif festivallarda, sonralar cəbhə bölgələrində konsert proqramları ilə çıxış edib, diplomlarla təltif olunub. 1998-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında «Balet artisti» vəzifəsinə qəbul olunub. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "Musiqili teatr aktyoru” fakültəsinə daxil olub, 2004-cü ildə oranı bitirib.  Teatrda balet artisti kimi işlədiyi müddət ərzində yüksək aktyorluq məharəti ilə seçilən aktyor 2004-cü ildən teatrda "Artist-vokalist» vəzifəsində çalışır. 

Hüseyn Əlilinin Akademik Musiqili Teatrının səhnəsində yaratdığı              bir-birindən maraqlı obrazlar arasında: Balakişi ("Bankir adaxlı” E.Sabitoğlu, T.Vəliyeva), Polis ("Əlin cibində olsun” O.Rəcəbov, A.Babayev), Murad ("Talelər qovuşanda” R.Hacıyev), Çaqqal ("Baş tutmayan hiylə” R.Şəfəq, Ə.Səmədli), Soltan ("Aldın payını çağır dayını” V.Adıgözəlov, Anar), Makedon ("Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev), Çaqqal ("Şəngülüm, Şüngülüm, Məngülüm” O.Zülfüqarov, R.Heydər), 2-ci polis ("Milyonçunun dilənçi oğlu” S.Ələsgərov,Ş.Qurbanov), Mayıl ("Kələkbazlar” S.Ələsgərov, İ.Məlikzadə), Aslan ("Yeddi məhbusə anası” C.Quliyev, Ə.Əmirli), Alməmməd ("Mən dəyərəm min cavana” F.Sücəddinov, T.Vəliyeva), Cem ("Şəhərdə manyak var” S.Fərəcov, Ə.Nesin), Poruçik ("İdialı qaraçı” İ.Kalman), Suçu ("Ər və arvad” Ü.Hacıbəyli), Timote ("Xanuma” V.Dolidze, A.Saqarelli), Dəvriş Abbas ("Kimyagər”S.Kərimi,Ə.Ol),Mahmud("Kimdirmüqəssir?”Ə.Haqverdiyev),Hambal ("O olmasın, bu olsun” Ü.Hacıbəyli), Kiçik oğul ("Toya bir gün qalmış” Ə.Səmədli), Vəzir ("999-cu gecə” F.Əmirovun musiqiləri əsasında), Ağaəli ("Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Əsgər bəy ("Hacı Qara” M.F.Axundzadə), Laki ("Qodonun intizarında” F.Qarayev, S.Bekket), Fənərçi ("Balaca Şahzadə” A. Sent-Ekzüperi, Ruslan Ağababayev) daha çox yadda qalır, onun yaradıcılıq uğurlarından xəbər verir.

 



Baxış sayı:2123 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:43

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика