Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Emil Heydərov

Emil Heydərov


Emil Heydərov 1 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olub. Həmin illərdə Gənc Tamaşaçılar Teatrının «Merdenli» studiyasında işləyib. Orada «Belosnejka i 7 qnomov», «Den rojdeniya prinsessı», «Priklyuçeniye Donalda» kimi tamaşalarda baş rolların ifaçısı olub. 1997-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunub. İşlədiyi müddət ərzində Emin Sabitoğlu «Qırmızı papaq” tamaşasında canavar, Hans Kristian Anderson «Düyməcik»də qurbağa, Emin Sabitoğlu «Odnajdı v Baqdade»də Bağdad oğrusu, İmre Kalman «Silva»da Boni, İmre Kalman «Maritsa»da Zupan, Frans Leqar «Vesyolaya vdova»da Baron Zetta, Əli Əlizadə «İki küpə girən qarı»da ölməz Kaşşey, Fyodor, Rəna Ağayeva «Nu volk poqodi»də canavar, İmre Kalman «Bayadera»da Napoleon, İmre Kalman «Sıqan premyer»də Qaston, Rauf Hacıyev«Talelər qovuşanda»da Səməd, Qara Qarayev "Neistvıy qaskoneç”də Monfleri, Le Bre, Qraf De Qiş, Mark Kamoletti "İqraem v drujnuyu semyu ili qarnir po fransuzki”də Robert, J.B. Molyer "Skapenin kələkləri”ndə Skapen və s. kimi rolları ifa etmişdir.



Baxış sayı:925 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:45

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика