Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Gültac Əlili

Gültac Əlili


Əlili Gültac Müzəffər qızı 1 iyul 1987 ci ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakultəsinə daxil olub, 2009-cu ildə bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında artist vokalist solist vəzifəsində çalışır. İşlədiyi müddətdə "Seytanın yubileyi” (O. Rəcəbov, A. Babayev) tamaşasında Xəyalə, "Qısqanc ürəklər”də (R. Mirişli, M. Haqverdiyev) Leyla, "Milyonçunun dilənçi oğlu” komediyasında (S. Ələsgərov, Ş. Qurbanov) Qonşu qız, "İdialı qaraçı”da (İ. Kalman) Zari, "Amerikalı kürəkən”də (R. Mirişli, M. Haqverdiyev) Reyhan, "Əlin cibində olsun”da (O. Rəcəbov, A. Babayev) Əsmər, "Kələkbazlar”da (S. Ələsgərov, İ. Məlikzadə) Çiçək, "O olmasın, bu olsun” musiqili komediyasında (Ü. Hacıbəyli) Gülnaz, "Kimdir müqəssir”də (Ə. Haqverdiyev) Bahar rollarını oynamışdır.



Baxış sayı:1153 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:43

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика