Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Əliməmməd Novruzov

Əliməmməd Novruzov


Əliməmməd Kamal oğlu Novruzov 5 mart 1979-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasının hazırlıq şöbəsində oxuyub. 2006-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsinə işə qəbul olunub. Bu müddət ərzində repertuarda olan "O olmasın, bu olsun", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Maritsa", "Talelər qovuşanda", "Volqalı canan", "Silva", "Bəydullanın möhtəşəm toyu", "Çılğın Qasqoniyalı", "Bir günlük siğə", "Aldın payını, çağır dayını", "Şeytanın yubileyi" və s. bu kimi tamaşalarda xor artisti kimi iştirak edib. Ə.Novruzov 2008-ci il tarixindən teatrın rus bölməsində artist-vokalist vəzifəsində çalışır. İfa etdiyi obrazlar: Rons "Silva" (İmre Kalman), Çeko, Penijik "Maritsa" (İmre Kalman), Meşəbəyi "Qırmızı papaq" (Emin Sabitoğlu, Evgeni Şvarts), Boqon "Şən dul qadın”(Frans Leqar), Kapuçin "Neistvıy qaskoneç” (Qara Qarayev), Devi "Bayadera” (İmre Kalman), Smarçok "Yağış göbələyinin məcarası” (Rəşid Şəfəq, Vladimir Zimin), Corc "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir” (Mark Kamolleti), Qurbağa "Düyməcik” (Qans Xristian Andersov), Vəli "Arşın mal alan” (Üzeyir Hacıbəyli), Aşbaz "Ər və arvad” (Üzeyr Hacıbəyli), Rza bəy "O olmasın bu olsun” (Üzeyir Hacıbəyli), Kök kişi "Şəhərdə manyak var” (Sərdar Fərəcov, Əziz Nesin), Əli Əyrizadə "Aldın payını çağır dayını” (Vasif Adıgözəlov, Anar), Niko "Xanuma” (Viktor Dolidze, Aksenti Saqarelli), Hacı Nuri, Dəvriş, "Kimyagər”- (S.Kərimi,Ə.Ol), Suilvestr "Skapenin kələkləri” (J.B.Molyer), Nümayəndə "Bankir adaxlı” (Emin Sabitoğlu,Tamara Vəliyeva), Əcnəbi oğlan "Qızıl toy” (O.Kazimi,R.Heydər) rolların oynamışdır. Hacı Qara "Hacı Qara” (Meydan tamaşası) Şoumen "Balaca Şahzadə (Antuan de Sent-Ekzüperi, Ruslan Ağababayev), Qulam "Molla Nəsrəddinin beş arvadı” (İbrahim Sadıqov), Poçço "Qodonun intizarında” (Fərəc Qarayev, Samuel Bekket), Böyük oğul "Toya bir gün galmış” (Əli Səmədli), Eşikağası "999 gecə” (SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və "1001 gecə” nağıllarının motivləri əsasında), Əli, Totuş "Talelər govuşanda” (Rauf Hacıyev, Faiq Zöhrabov,Elxan Ocaqov), Nazir "Qafqazlı qardaşqızı” (Rauf Hacıyev), Rəhim "Bir dəfə Bağdadda” Emin Sabitoğlu, Vitali Kalmonovski Murad "Baladadaşın toy hamamı” (Elçinin hekayələri əsasında, Firudin Allahverdi), Baş Təlxək "Notr-Dama ithaf” (Viktor Hüqo, Samir Qulamov) və b.

 



Baxış sayı:1424 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:43

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика