Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Yuliya Heydərova

Yuliya Heydərova


Heydərova Yuliya İqoryevna 7 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Musiqi kollecində oxumuşdur. 1998-ci ildə Bakı Musiqi Akademiyasının «Solo oxuma» fakultəsinə daxil olmuşdur. 2002-ci ildə Natavan Şeyxovanın sinfində bakalavr dərəcəsini bitirmişdir. Həmin il magistraturaya daxil olmuş, 2004-cü ildə Fidan Qasımovanın sinfini bitirmişdir. 2000-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına artist-vokalist vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində E. Sabitoğlu, Y. Şvarts «Qırmızı papaq» tamaşasında dovşan, Qırmızı papaq, H .X. Anderson «Düyməcik»də Düyməcik və Elfa, İ. Kalman «Silva»da Stassi, İ. Kalman «Maritsa»da Liza, Ə. Əlizadə, R. Şəfəq «İki küpə girən qarı»da Gözəl Yelena, V. Orlov «Qızıl cücə»də cücə və dovşan, İ. Kalman «Tsıqan premyer»də Zari, R.Şəfəq və V. Zimin «Prikluçenie dojdoviçka»da Bratiklis, Ü. Hacıbəyli "Arşın mal alan”da Gülçöhrə, M. Kamoletti "Fransızsayağı qarnir”də Suzanna, J.B. Molyer "Skapenin kələkləri”ndə Gisinta kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.



Baxış sayı:527 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:42

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика