Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Ağaxan Şərifov

Ağaxan Şərifov


Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb. 2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur. Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaradıb. Agaxan Sharifov I-ci Oğlan (”Əlin cibində olsun” O.Rəcəbov, A.Babayev), Evlər müdiri ("Talelər qovuşanda” R.Hacıyev), Ofsiant (”Qısqanc ürəklər”R.Mirişli, M.Haqverdiyev), İnzibatçı (”Şeytanın yubileyi” O. Rəcəbov, A.Babayev), Çaqqal ("Şəngülüm, Şüngülüm, Məngülüm” O.Zülfüqarov, R.Heydər), 2-ci Xidmətçi ("Milyonçunun dilənçi oğlu”S.Ələsgərov,Ş.Qurbanov), Cəfər (”Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Kameraman ("Şəhərdə manyak var” S.Fərəcov, Ə.Nesin), Nadir ("Matəm marşı və yaxud gözünüz aydın” M.Məmmədov), Süpürgəçi ("Ər və arvad” Ü.Hacıbəyli), Şex Salah ("Kimyagər”S.Kərimi,Ə.Ol), Dayıoğlu ("wwwFerzelikefcom” E.Sabitoğlu, C.Məmmədov), Hambal ("O olmasın,bu olsun” Ü.Hacıbəyli), Kral Yubetr ("Yatmış gözəl və cırtdanlar”A.Sadıqov) Qəbir qazan ("Toya bir gün qalmış” Ə.Səmədli), Padşah ("999-cu gecə” F.Əmirovun musiqiləri əsasında), Şofer, Peyinsatan ("Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Qədir (”Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov Tərc.D.Mustafayev) və digər obrazlarI ilə tamaşaçıların rəğbətini qazanmışdır. Eyni zamanda "Nə gözəldir bu dünya...” (1999) "Əlavə təsir” (2010) "Yazıçı” (2013) kimi filmlərdə çəkilmişdir. Qeyd edək ki, Akademik Musiqili Teatrın 110-cu mövsümündə premyerası nəzərdə tutulan tamaşalarda aldığı müxtəlif obrazlar üzərində çalışır.



Baxış sayı:991 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:42

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика