Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Rauf Babayev

Rauf Babayev


Rauf Babayev 1983-cü ildə Bakı şəhərində anadan olumuşdur. 2000-2004 - cü illərdə Azərbaycan Texniki Universitetində, 2004-2006-cı illərdə magisturada, 2008-2012 illərdə Bakı Musiqi Akademiyasında təhsil almışdır. R. Babayev 01.12. 2008-ci il tarıxındə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor truppasında xor artisti kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində bir çox milli və klassik əsərlərdə xor artisti kimi çıxış etmişdir. 01.03.2009-cu il tarixindən rus bölməsinə artist-vokalist (solist) keçirilmişdir. Bu müddət ərzində Rauf Babayevin "Qırmızı papaq” tamaşasında Ayı, "Yağış göbələyin məcarası”nda Muxomor, "Düyməcik”də Köstəbəy, "2 küpəgirən qarı”da Koşey, "Çılğın Qaskoniyalı”da Qvardiyaçı, De Valver, "Bayadera”da Teatrın Direktoru, "Fransızsayağı qarnir”də Bernard, "Skapenin kələkləri”ndə Leandr kimi gözəl obrazlar qallereyası yaratmışdır. 2010-cu ildən Azərbaycan Dövlət Kukla Teatrında dəvətli aktyor kimi çalışır. Həmin teatrda çoxlu və maralı obrazlar yaradıb. 2012-ci ildən R. Babayev BMA tərkibində olan Ş. Məmmədova adına Opera studiyasında solist vəzifəsində işləyir. O, tələbələrlə birlikdə, studiyanın səhnəsində C. Verdinin "Trubadur” operasında Ruits, İ. Kalmanın "Silva” operettasında Edvin, Q. Donizettinin "Məhəbbət şərbəti” operasında Nemorino, S. Raxmaninov "Aleko” operasında Gənc qaraçı kimi partiyaları ifa etmişdir.



Baxış sayı:653 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:42

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика