Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Nicat Əli

Nicat Əli


Nicat Əli oğlu Həbibov 1989-cu il 14 avqustda Bakı şəhərində anadan olub. 2002-ci ildə 23 saylı musiqi məktəbinin tar sinifinə daxil olub. 2005-ci ildə Hacı Məmmədov adına musiqi festivalının laureatı olub. 2005-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (Asəf Zeynallı) daxil olub. 2009-cu ildə oranı Fərqlənmə Diplomu ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr aktyoruluğu fakultəsinə daxil olub. 2013-cü ildə oranı Fərqlənmə Diplomu ilə bitirib və həmin ildə Magistraturaya daxil olub. Universitetdə oxudugu müddətdə bir sıra film və seriallara çəkilib. "Sübhün səfiri” filmində Mirzə Fətəli Axundovun gəncliyini, "Ən adi soyad” filmində Çingiz, "Sirr” serialında Rövşən, "Döngələr” serialında Etibar, "Son hədd” serialında Rafiq,Türkiyənin MİNT şirkətinin çəkdiyi "Zengin kız Fakir oğlan" serialında həkim Ramin rolunu canlandırıb. Eyni zamanda bir sıra qısa metrajlı filmlərdə çəkilib. Bunlardan "Məktəbli qız”, "Təsadüf ”, "Həyatdan bir parça”, "Kürən” filmlərini qeyd etmək olar. 2011-ci ildən həm də Əməkdar artist Pərviz Məmmədrzayevin yaratdığı "Plastik Dram Teatr Studiasında” aktyor olaraq çalışır. Teatrda fəaliyyəti zamanı "Mənim”,"Diz və musiqiçi”, "Müdaxilə”, "Qladiator döyüşləri”, "Şah İsmayl Xətai” tamaşalarında rol alıb. 2012-ci ildə Gənclərin "Ekalogiya” mövzusunda keçirilən teatr festivalında 3-cü yeri qazanıb.



Baxış sayı:2043 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:27

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика