Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Gülnarə Abdullayeva

Gülnarə Abdullayeva


Abdullayeva Gülnarə Baba qızı 1973-cü il dekabr ayının 29-da Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili Teatr aktyoru” fakultəsini bitirib. Hələ tələbə ikən Azərbaycan Dövlət Estrada Teatrında R.İçərişəhərlinin "Evlənmək istəyirəm” tamaşasında Mehri, E.Defiliponun "Silindr” əsərində isə baş qəhrəman obrazını canlandırıb. 2000-ci ildən 2008-ci ilə kimi Şuşa Dövlət Musiqili Dram teatrında aktrisa-vokalist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Ə.Haqverdiyevin "Pəri cadu”, N.B.Vəzirovun "Dağılan tifaq”, S.Rüstəmin "Durna”, H.Mirələmovun "Heykəllərin fəryadı” və digər tamaşalarda rol alıb.

2013-cü il aprel ayından etibarən Azərbaycan Dövlət Musiqili Teatrında vokal artisti-solist vəzifəsində calışır. Teatrda bir çox tamaşalarda müxtəlif səpkili obrazlarda oynayıb. R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Natella), O.Kazımi və R.Heydərin "Qızıl toy" (Zuzu), R.Hacıyevin "Talelər qovuşanda" (Sona), Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Sənəm), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-naz xanım), E.Sabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı” (Səmayə), A.SadıqovunŞ.Peronun hekayələri əsasında səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar” (Pəri Fauna), O.Zülfüqarov və R.Heydərin "Dəcəl çəpişlər” (Ana keçi), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Ağabacı), F.Əmirovun musiqiləri əsasında "999-cu gecə” (Fatma), İ.Sadıqovun (Tərc.D.Mustafayev) "Molla Nəsrəddinin beş arvadı” (Fatma, Təmənna), Ə.Səmədlinin "Toya bir gün qalmış” (Böyük qız), Ə.Əmirlinin "Nuri-didə Ceyhun” (Zöhrə) tamaşalarında yaddaqalan rollar ifa edib.

O, teatr tamaşaları ilə yanaşı bədii film və seriallarda da rol alıb. Suğra ("Sənə inanıram”) Vəkilin xanımı ("Bölmə"), Müəllimə ("Bir ovuc torpaq"), Qadın ("Ərazi"), Salon müdiri ("Qatarda"), Məsmə ("Sirr"), Məhbusə ("Caqqal nəfəsi"), İş adamı ("Yalan"), Natəvan ("Bir kəndin sevinci"), Ana ("Kabusun kölgəsi") , Kubra ("Axınla üzü aşağı"), Katibə ("Bəyaz həyat”), Qulluqçu ("Bacanaqlar"), Həkim ("Qanun naminə"),Gülsurə ("Şən dullar”) obrazlarını qeyd etmək olar. Musiqili Teatrla yanaşı "Planeta parni iz Baku” ŞHK-nun tamaşalarında çıxış edib. Ailəlidir, 2 övladı var.



Baxış sayı:1657 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:31

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика