Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Zaur Əliyev

Zaur Əliyev


Əliyev Zaur Mübariz oğlu 1991-ci ilin 21 yanvarında Bakıda anadan olub. 1998-2009-cu illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə oxuyub. 2009-2011-ci illlərdə  ordu sıralarında xidmət edib.  2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində  təhsili alıb. 2012-ci ildə Bakı şəhəri Mədəniyyət İdarəsinin nəzdində "Bakı Folklor Teatrı"nda əmək fəaliyyətinə başlayıb.
2013-cü ildən isə  Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışmağa başlayıb.
İndiyə qədər bir çox tamaşalarda və  respublika əhəmiyyətli tədbirlərdə iştirak edib.
Ceyms Barrinin "Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur "Bremen musiqiçiləri” nağıllarının motivləri əsasında rejissor Anar Sadıqovun səhnələşdirdiyi  "Bremen musiqiçiləri və Pen” musiqili nağıl- tamaşasında Pen, Azərbaycan xalq nağılı "Cırtdan”ın motivləri əsasında rejissor Ayla Osmanovanın quruluş verdiyi "Cırtdanın sərgüzəştləri” musiqili nağıl- tamaşasında Cırtdan, Elməddin Dadaşovun quruluşunda "Buratino”da (A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov)  Buratino, tərcüməsi,  librettosu və quruluşu Samir Qulamova məxsus olan 
"Paris Notr-Dama ithaf"da (V.Hüqo) keşiş köməkçisi və keşişin nəfsi, Əli Səmədlinin "Meşə çaqqalsız olmaz" tamaşasında Ağacdələn obrazını canlandırır. 
Zaur Əliyev quruluşçu rejissoru Əhəd Hacıyev olan gürcü dramaturqu Nodar  Dumbadzenin "Mən, nənəm, İliko, İllarion” tamaşasının həm rejissoru, həm də  Romuli obrazının ifaçısıdır.
Bundan əlavə hazırlanan digər tamaşada - Anar Sadıqovun quruluşunda Çingiz Aytmatovun "Cəmilə”  əsərində Seyit rolunda çıxış edəcək.



Baxış sayı:34 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:10-01-2013, 14:45

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика