Aktyorlar

Emin Zeynallı
Emin Fərman oğlu Zeynallı 8 oktyabr 1992-cı ildə Bakıda anadan olub.
2002-2010-cu illərdə Bulbul adına orta ixtisas musiqi məktəbində oxuyub. 2013-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasında ali təhsil alıb.
2017-2018-ci illərdə həmin ali təhsil müəssisəsində vokal ixtisasi üzrə magistr dərəcəsinə yüksəlib. Bu illər ərzində bir cox beynəlxalq və respublika müsabiqələrində laureat adını qazanıb, dövlət tədbirlərində yaxından iştirak edib.
2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləməyə başlayıb. İştirak etdiyi "Paris Notr-Dama ithaf" (V. Hüqo, rej. S.Qulamov) tamaşasında uğurlu ifasına görə teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" (Sərvər), "Arşın mal alan" (Əsgər), məşhur qırğız yazıçısı Çingiz Aytmatovun "Cəmilə" (Daniyar), Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran" (Orxan) tamaşalarında da ona həvalə olunan obrazlar üzərində məşqlərini böyük məsuliyyətlə davam etdirir.

Emin Zeynallı pandemiya dönəmində "Evdə qal" kompaniyası çərçivəsində təşkil olunan layihələrdə aktiv iştirak edib. Eyni zamanda 2-ci Qarabağ Müharibəsi günlərində hərbi vətənpərvərlik mövzularında çəkilən sosial çarxlara iştirak edib.