Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Ülkər Quliyeva

Ülkər Quliyeva


Ülkər Əli qızı Quliyeva 9 dekabr 1978-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə 63 saylı orta məktəbdə və eyni zamanda 34 saylı musiqi məktəbində (fortepiano sinfində) oxuyub. 1992-ci ildən 1995-ci ilə qədər Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsində təhsil alıb.
Uzun müddət sənətkarlarımızdan muğam və vokalın incəliklərini öyrənib (fərdi şəkildə).
2000-2001-ci illərdə Bakı Dövlət Universitetində tərcüməçi vəzifəsində, 2005-ci ildə isə "Bürc FM" radiosunda aparıcı işləyib. 2014-2015-ci illərdə Rəşid Behbudov adına Mahnı Teatrında Estrada orkestrinin artisti olub. 2005-2006-cı illərdə ali məktəblər arasında keçirilən musiqi müsabiqələrində vokal üzrə iki dəfə qalib, "Bakı Payızı - 2002" və "Sing your song - 2003" mahnı müsabiqələrinin laureatı olub. 2012-ci ildə "Avroviziya" müsabiqəsinin Milli seçim turlarında maraqlı çıxışlar nümayiş etdirib. 2018-ci ildən Azərbaycan Milli Konservatoriyasında Milli Vokal sinfində 2-ci ali təhsil alır.
Ülkər Quliyeva Akademik Musiqili Teatrın ötən mövsümündə işə qəbulla bağlı müsabiqədən uğurla keçib.
 



Baxış sayı:49 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:24-01-2013, 18:36

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика